Cüdoçularımızın 3 Tallin medalı

post-img

Estoniyanın Tallin şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatına komandamız uğurla start verib. 

Oğlanların yarışında Ni­zami İmranov (60 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə ukraynalı rəqibi Nazar Viskova uduzaraq gümüş medalla ki­fayətlənib. 

Qızlar arasında isə təmsil­çimiz Könül Əliyeva (48 kq) finala qədər bütün görüşlərini qələbə ilə başa çatdırıb. Baş mü­kafat uğrunda Türkiyə təmsilçisi Zilan Ertemə də gücünü göstərən istedadlı tatami ustası çempion adına layiq görülüb. 

Qadın yığmamızın digər üzvü Fidan Əlizadə də (57 kq) uğurla finala qədər irəliləyib. O, qızıl medal uğrunda gürcüstan­lı Nino Loladze ilə mübarizə aparıb. İdmançımız rəqibə qalib gələrək qızıl medal qazanıb. 

L.AZAD
XQ

İdman