İsveçin UR telekanalı ABŞ və Böyük Britaniyanın birgə istehsalı olan “Tərk edilmiş binalar” adlı sənədli filmlər seriyasını yayımlayır.
Film bir vaxtlar regionun müasir və mütərəqqi mədəniyyət mərkəzi olan, sonradan “barıt çəlləyinə” çevrilərək tez bir zamanda kabus şəhərə bənzəyən Ağdam haqqındadır. Filmin 8-ci mövsümünün “Dron müharibəsi” adlı 2-ci bölümü ermənilər tərəfindən dağıdılmış və yeganə tikilisi qalmış, kabusu xatırladan şəhərə həsr olunub.
Serialın bu bölümündə kimya mühəndisi Ceyqa Vays, müəllif və tarixçi Dominik Selvud, jurnalist Cim Meyds 1870-ci ildə tikilən, bir neçə silahlı münaqişədən salamat çıxan və erməni əsgərlərinin artilleriya atəşini istiqamətləndirmək üçün gözətçi qülləsi kimi istifadə edilən məscidin hekayəsi yer alıb. Evlərini tərk etmək məcburiyyətində qalan, bir çoxu həlak olan ağdamlıların qanlı taleyi yada salınır.
Filmdə 44 günlük müharibə nəticəsində işğaldan azad edilmiş Ağdama ilk gələnlərdən biri olan və maşınına mərmi atılandan sonra möcüzə nəticəsində sağ qalan hərbi müxbir Emin İbrahimov 1992-ci ildə atəşə tutulan və yalnız 3 divarı qalan Çörək muzeyindən bəhs edir.
Serialın sonunda 2021-ci ilin mayında baş planı təsdiqlənən, 100 min sakinin yaşayacağı və Azərbaycan futbol liqasında çıxış edən “Qarabağ” komandasının oynayacağı şəhərin dirçəldilməsi barədə danışılır.
XQ