COP29 xüsusi viza portalı

post-img

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) COP29 konfransına hazırlıq işləri çərçivəsində ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən bir sıra addımlar atılır. 

COP29 iştirakçılarının viza müraciəti prosesini sadələş­dirərək onların Bakıya səfərlə­rinin rahat və səmərəli şəkildə təmin olunması məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib. 

Azərbaycan Respublikası­nın Prezidenti yanında Vətən­daşlara Xidmət və Sosial İnno­vasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ASAN Viza” por­talının COP29-la bağlı xüsusi viza müraciəti modulu www.evisa.gov.az/cop29 yaradılıb. Dünyanın 200-ə yaxın ölkə­sindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq, portal ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyət göstərir. Portal 24/7 rejimdə dəstək və tam elektron, kağız sənədsiz viza prosesini təklif edir.

Qeyd edək ki, www.evisa.gov.az/cop29 portalı vasitə­silə COP29 xüsusi vizası əldə etmək istəyən rəsmilər, nü­mayəndə heyətləri və digər qo­naqların əvvəlcə UNFCCC-nin onlayn qeydiyyat sistemi va­sitəsilə qeydiyyatdan keçmələ­ri tələb olunur. COP29 xüsusi vizası müraciət ərizələrinin tamamlanmasından sonra 3 iş günü ərzində ödənişsiz şəkildə əldə edilə bilər. 

COP29 xüsusi vizasının əldə olunması qaydaları ilə elektron təlimat və məlumat­landırıcı videoçarx vasitəsilə tanış olmaq mümkündür. 

XQ

Son xəbərlər