Azərbaycan helikopter qəzası ilə bağlı Səudiyyə Ərəbistanına başsağlığı verib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Ras-Tannura şəhərində baş vermiş helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

XQ xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

"Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə, Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına ən dərin hüznlə başsağlığı veririk", – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ras-Tannura şəhərində dövlətə məxsus "Saudi Aramco" neft şirkətinə aid helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

Siyasət