UFC-nin Şöhrət Zalının üzvü Maykl Bispinq və əfsanəvi Brüs Baffer UFC Fight Night Baku-da!

post-img

UFC-nin Şöhrət Zalının üzvü və təşkilatın sabiq orta çəki çempionu Maykl Bispinq bu gün Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night: Fiziev vs. Torres turnirinin şərhçilərindən biri olacaq.

Maykl Bispinqlə birlikdə turniri Pol Felder və Con Quden şərh edəcəklər.

Bununla yanaşı, əfsanəvi Brüs Baffer turnirdə oktqon anonsçusu kimi çıxış edəcək.

UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri elə bu gün Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. Turnir ərzində azarkeşləri ümumilikdə 13 maraqlı döyüş, o cümlədən Azərbaycanı təmsil edən dörd UFC döyüşçüsünün çıxışı gözləyir. Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın!

 

İdman