Azərbaycan tarixinin qürur doğuran şərəfli hadisələrindən biri də 26 iyun 1918-ci ildə Milli Ordumuzun yaradılmasıdır. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan Silahlı Qüvvələrimiz istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar.
Əlamətdar gün münasibətilə hərbi ekspert Telman Qasımov açıqlamasında bildirdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümünü qürurla qeyd edirik. Azərbaycan ordusu 1918-ci ildə milli ordu kimi yaranmış, bugünümüzə qədər gəlib çatmış və Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının taleyində mühüm rolu olmuşdur. Təbii ki, 1918-ci ildən 20-ci ilə qədər olan, lap hesab etsək 1921-ci ilə qədər davam edən Azərbaycanın ordusu, 1991-ci illərə qədər demək olar ki, fəaliyyətsiz olmuşdur. O da məlum hadisələrlə bağlıdır. Yəni Sovet dövləti qurulmuş və o dövr ərzində artıq milli ordumuz yox, Sovetlər ordusu kimi davam etmişdi.
Amma 90-cı illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində yenidən Azərbaycan ordusunun yerli müdafiə batalyonları səviyyəsində formalaşmağa başlandı və 91-92-ci illərdə milli ordu kimi tam şəkildə formalaşması istiqamətini götürdü.
Düzdür, tarixin müxtəlif zamanlarında müxtəlif hadisələrin cərəyan etməsi nəticəsində özbaşınalıq, hərc-mərclik dövründə milli ordumuzda neqativ hadisələr də oldu. Amma ən əsas vacib məsələ odur ki, bütün bunlara baxmayaraq ordumuz yenə də gücləndi, formalaşdı və bu gün də daha da möhkəm, güclü, müasir zəmanəmizə cavab verə biləcək ordu səviyyəsinə gəlib çatdı.
T. Qasımov daha sonra qeyd etdi ki, 1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin gəlişi, yenidən qayıdışı ordumuza diqqətin ayrılması, ordumuzda ayrı-ayrı şəxslərə aid olan silahlı dəstələrin, qruplaşmaların əlindən alınaraq vahid bir komandanlıq altında birləşmək prosesi başladı. Düzdür, o zaman Azərbaycanın büdcəsi də çox zəif idi, bugünkü kimi ən müasir tipli silahlar, texnikalar, sursatlar arsenalında əldə edə bilməsə də, bu gün artıq o sadaladıqlarımız, orduya aid olan hərbi məhsullarımız tam şəkildə bizi qane edəcək səviyyədə təmin edilmişdir.
Təbii, cənab Prezident İlham Əliyevin hakimiyyətdə, Prezident kimi fəaliyyətinə başlayan gündən bəri Azərbaycan ordusuna çox böyük diqqət və qayğı göstərilməyə başlandı. Çoxsaylı ordumuzun zabitlər heyəti, əsgər və digər xüsusi təyinatlılar belə olsun, onların müasir dövrümüzə cavab verəcək şəxsi heyət kimi formalaşması üçün xarici ölkələrdə təlimlərin keçirilməsi, təhsilin alınması, hərbi sahədə daha geniş bilik əldə etmək üçün böyük təlimlər keçmiş, ən ali səviyyədə təhsil almış zabit heyəti formalaşdı.
Bununla paralel olaraq müasir zəmana uyğun işlərin aparılması, hərbçilərin hərbi bilik və bacarıqlarının artırılması, yeni texnikaların texniki parametrlərinə uyğunlaşması, dərindən öyrənməsi üçün paralel olaraq o işlər də görüldü.
Ona görə də şəxsi heyət, mütəxəssislər yetişdikcə ordunun arsenalında yeni texnikanın, 4-cü, 5-ci nəslə aid olan silah-sursatların da artıq yer almasının zamanı gəlib çatmışdı.
Bilirsiniz ki, hələ də ordumuzda Sovetlər dönəmindən, yəni Rusiyanın, Belarusiyanın istehsal etdiyi texnikalar mövcud idi. Onlar da, yəni müasir döyüşün aparılmasında elə bir effektiv bir nəticələr vermirdi.
Bu baxımından Azərbaycan getdikcə öz hərbi sənaye, milli hərbi sənaye kompleksini yaratdı. Və o kompleks qısa zamanda çox böyük işlər görüldü.
Müxtəlif ölkələrin, dövlətlərin, xüsusən də Türkiyə, İsrail və Pakistan, Çexiya, Belarusiya hərbi sənaye sektoru ilə əlaqələr quruldu. Müasir silahların əldə olunması sahəsində işlər görüldü. Pilotsuz uçuş aparatlarının Azərbaycan ordusunda və digər komplekslərin uzaqmənzilli, yaxınmənzilli raket sistemlərinin, müasir tipli haubitsaların, pilotsuz uçuş aparatlarının, təyyarələrin, tank və texnikaların alınmasında irəliləyiş oldu.
Ordumuz, arsenalımız güclənirdi, möhkəmlənirdi, amma torpaqlar işğal altında idi. Demək, o torpaqları işğaldan azad etmək üçün şəxsi heyətin hərbi bilik və bacarıqları daha da güclü olmalı idi. Arsenalında olan hərbi məhsulları standartlara cavab verməli idi. Çünki dünyada artıq canlı qüvvədən digər, elektronlaşdırılmış döyüşün, qarşılıqlı tərəflərin qarşılıqlı döyüşün aparılması üçün yeni texnologiyaları, biliyini və dərinliyini bilmək lazım idi ki, onlar da zaman-zaman hazırlandılar.
Xüsusi Təyinatlı Qüvvələrin yaranması, onların daha peşəkar şəkildə hazırlıq mərhələsini keçməsi, digər tərəfdən ordumuzda nizam-intizam, qida rasionundan başlamış geyiminə qədər, təminatına qədər çox böyük işlər görüldü.
2016-cı ildəki dördgünlük müharibəmizin belə deyək də, öncədən bir motivasiya və ordunun gücünün yoxlanılması nəticəsində düşmən qüvvələrini rədd etdik. Bir sıra yüksəklikləri, Lələtəpəni, Ağdərə istiqamətində bir neçə kəndlərimizi azad etdik və bir daha döyüşdə nəyə çatıb-çatmadığımızı orda biz müəyyən etdikdən sonra o səhvlikləri də, o buraxdığımız diqqətsizlikləri də qaydaya saldıq və 44 günlük müharibədə onların hamısı effekt verdi.
Bəli, 44 günlük müharibə gənc və qəhrəman şəhid qardaşlarımızın sayəsində qələbə çaldıq. Düşmənin bütün hərbi obyektləri məhv edildi. Minlərlə texnika, hərbi silah-sursat düşmən tərəfindən qoyub qaçdıqda hamısı ələ keçirildi.
Ona görə də Azərbaycan ordusu üçün zaman lazım idi. Və zaman bizim xeyrimizə işləyirdi. İlk dəfə olaraq Azərbaycan tarixində birdəfəlik olaraq, o birgünlük antiterror əməliyyatı bu məsələyə son qoydu.
Bütün Azərbaycan ordusunu, Azərbaycan xalqını, bütün həmkarlarımı, hərbçiləri təbrik edirəm, Və gələcəkdə güclü ordu, güclü Azərbaycanın olması üçün əlimizdən gələni etməliyik.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın güclü ordusu!"
Müşfiq MİRZƏ
XQ

