Özbəkistanın Əndican şəhəri Türk dünyasının mədəniyyət paytaxtıdır

post-img

Özbəkistanın Əndican şəhərində “Əndican – 2026-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı” tədbirlərinin təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə ICESCO, UNESCO-nun İcraiyyə Şurası, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, türk dövlətlərinin mədəniyyət nazirləri, incəsənət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti ilə təmsil olunub.

Əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tədbir iştirakçılarına müraciəti oxunub. 

 Müraciətdə bildirilir ki, Böyük İpək Yolunun kəsişməsində yerləşən qədim Əndican şəhərinin 2026-cı ildə "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi münasibəti və tədbirlərin başlanması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Müraciətdə deyilir: “Vətənimizin nadir şərq qapısı olan Əndican əsrlər boyu mədəni, ədəbi, incəsənət və sənətkarlıq inkişaf mərkəzi olmuşdur. Bütün Türk dünyası bu müqəddəs diyarın böyük hərbi liderlər və dövlət xadimləri, görkəmli alimlər və mütəfəkkirlər, istedadlı şairlər, yazıçılar və sənətkarlar yetişdirdiyini minnətdarlıqla qəbul edir”.

Xalqımızın qüruru olan Babur Mirzənun nəhəng elmi və ədəbi irsi və hərb sənəti, azadlığı və müstəqilliyi tərənnüm edən klassik şair Əbdülhəmid Çolponun ölməz əsərləri xüsusilə diqqətəlayiqdir. Milli rəqs sənəti olan "Əndican Polkası" və "Əskyə" hazırcavablıq müsabiqəsinin bariz nümunəsi, mübaliğəsiz olaraq, mədəniyyətə dəyər verən bütün insanların ortaq irsinə çevrilib”.

Sonra Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov bu münasibətlə iştirakçıları təbrik edib, qədim Əndican şəhərinin tarixin və mədəniyyətin inkişafındakı rolundan danışıb. 

Açılış mərasimi çərçivəsində Türk xalqlarının zəngin mədəni irsini əks etdirən musiqi və rəqs nümunələri təqdim olunub.

Mərasimdə 20 min nəfərin iştirakı ilə baş tutan “Əndican polkası” kütləvi rəqs nümayişinin Ginnesin Rekordlar Kitabına daxil edilməsi rəsmi olaraq elan olunub.

Qeyd edək ki, Əndican şəhəri TURKSOY Daimi Şurasının qərarı ilə 2026-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu status çərçivəsində il ərzində müxtəlif mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Əndican

 

 

 













Mədəniyyət