Türkiyənin Milli Müdafiə Nazirliyindən Azərbaycan Ordusuna təbrik

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin Milli Müdafiə Nazirliyi 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə paylaşım edərək qardaş ölkənin ordusunu təbrik edib.

Paylaşımda Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinə diqqət çəkilərək, “Azərbaycanla hər zaman bir ürək, bir yumruq olacağıq” ifadəsinə yer verilib.

Nazirlik, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə şəxsi heyətə uğurlar arzulayıb və ölkənin təhlükəsizliyi naminə gecə-gündüz xidmət aparan hərbçilərin fədakarlığını yüksək qiymətləndirib.

Bəyanatda, qəhrəman Azərbaycan Ordusuna salam və ehtiram ifadə olunaraq, iki qardaş ölkə arasında həmrəyliyin bundan sonra da davam edəcəyi vurğulanıb.

Siyasət