Milli təhsilimizin salnaməsi

post-img

Azərbaycan müəllimi – 90

Dünən Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi qeyd edilib. 

Mərasimdə çıxış edən “Azərbaycan müəllimi”nin baş redaktoru Sarvan İb­rahimov qəzetin milli mətbuatın inkişa­fındakı rolundan bəhs edib. O qeyd edib ki, ölkəmizin təhsil salnaməsini yaradan “Azərbaycan müəllimi” 1934-cü il sent­yabrın 2-dən “Kommunist maarifi” adı ilə nəşr olunmağa başlayıb. Sonrakı dövrlərdə “Müəllim qəzeti” adı ilə çap olunub. Qəze­tin əsas məramı ölkəmizdə xalq maarifinin, təhsilin inkişafına xidmət etmək olub. Qə­zetin nəşrində başlıca məqsəd ölkədə ma­arif işlərinin həyata keçirilməsinə dəstək göstərmək, tədris sahəsində qazanılmış ilk təcrübə və uğurları geniş təbliğ etmək, təhsillə bağlı qarşıda duran vəzifələri gün­dəmə gətirmək və onların reallaşdırılması­na nail olmaq idi.

Elm və təhsil naziri Emin Əmrulla­yev vurğulayıb ki, qəzet fəaliyyətinin ilk illərindən ölkənin elm və təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təc­rübəsini oxuculara çatdıran mühüm yayım orqanı kimi kifayət qədər nüfuza malik olub.

Medianın İnkişafı Agentliyinin icra­çı direktoru Əhməd İsmayılov çıxışında “Azərbaycan müəllimi” qəzetinin keçdiyi şərəfli yolu milli mətbuat tariximizin ayrıl­maz tərkib hissəsi və qürur mənbəyi kimi dəyərləndirib. Əhməd İsmayılov çıxışında, həmçinin müstəqillik illərində Azərbaycan mətbuatına yaradılan imkanlardan danışıb. Vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin senzuranın ləğvi kimi tarixi əhə­miyyətli qərarından sonra medianın inki­şafı üçün əlverişli şərait yaradıb: “Azər­baycan Respublikasının Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm kimi prinsiplər mətbuat və infor­masiya sahəsində Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsasını təşkil edir.

Tədbirdə çıxış edən Mətbuat Şurası­nın sədri Rəşad Məcid bildirib ki, bu qə­zet böyük bir epoxanın, dövrün, pedaqoji təhsil həyatımızın salnaməsidir. “Azərbay­can müəllimi” qəzetinin təhsilimizin ən müxtəlif sahələrinin işıqlandırılmasında özünəməxsus rolu var: “Təhsilin geniş bir sahə olduğunu və hər bir ailənin təhsil­lə bağlılığını nəzərə alsaq, “Azərbaycan müəllimi” qəzetinin önəmini xüsusi qeyd etmək lazımdır. Qəzet təhsilin ən müxtə­lif sahələrini əhatə etməklə yanaşı, eyni zamanda, müəllimlərə yol göstərməkdə, praktik kömək etməkdədir”.

Digər çıxış edənlər qəzetin missiyasına sadiq qalaraq həm elm və təhsil sahəsində, həm də ictimai həyatda baş vermiş önəmli hadisələri işıqlandırdığını vurğulayıblar.

XQ

Son xəbərlər