Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu və Medianın İnkişafı Agentliyi birgə məlumat yayıb. Bildirilib ki, bu tip məlumatlar tamamilə saxtadır və Heydər Əliyev Beynəlxalq Aeroportu ilə heç bir əlaqəsi yoxdur.
Məlumatda bildirilir: “Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.
XQ