İƏT nümayəndələri Baş Prokurorluqda

post-img

İyunun 17-də Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror bildirib ki, müstəqil Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, islam ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər müxtəlif sahələrdə əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə hər zaman mühüm töhfələr verib. İƏT-in fəal üzvlərindən biri olan ölkəmiz təşkilatın müxtəlif qurumları - ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə də sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva islam ölkələri ərazilərindəki mədəni və tarixi dəyərlərin müdafiəsinə böyük töhfə verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) müxtəlif tədbirlərində aktiv iştirak edib.

Yousef Aldobeay səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanın salamını çatdırıb. O bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında aktivliyi ilə fərqlənir, müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verir.

Xüsusi vurğulanıb ki, İƏT-in 16-cı İslam Sammitinə 2027-ci ildə Azərbaycan ev sahibliyi edəcəkdir.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

XQ

Son xəbərlər