Yanvar–may aylarında neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 28 faizdən çox artıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Cari ilin yanvar-may aylarında neft-qaz sektoruna 2 milyard 551,9 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən XQ-yə bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28,4 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 milyard 958,8 milyon manat səviyyəsində olub.

İqtisadiyyat