Ölkəmizdə avtobus istehsalı 4 dəfədən çox artıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında Azərbaycanda 193 ədəd avtobus istehsal edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur. Nəticədə bu ilin iyunun 1-nə 34 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Məlumata görə, bu ilin ilk 5 ayı ayında Azərbaycanda 197,6 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Belə ki, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 77,1 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə artıb.

Bundan başqa, yanvar-may aylarında Azərbaycanda 1 677 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 5 ayı ilə müqayisədə 375 ədəd və ya 18,3 % azdır. Nəticədə bu ilin iyunun 1-nə 261 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 217 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə 7,3 % azdır. Bu ilin iyunun 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin yanvar-may aylarında ölkədə 342 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 7,8 dəfə çoxdur. Bu ilin iyunun 1-nə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.

N.Adilqızı
XQ

İqtisadiyyat