Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İran Hörmüz boğazının yenidən açılması üçün irəli sürdüyü əsas şərtləri açıqlayıb.
Məlumata görə, rəsmi Tehran Livanda atəşkəsin təmin olunmasını və İran neftinin beynəlxalq bazarlara çıxışına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını əsas tələblərdən biri kimi qiymətləndirir.
İran mənbələrinin bildirdiyinə görə, Hörmüz boğazının açılması üçün bir sıra ilkin şərtlər mövcuddur. Bunlara İranın xaricdə dondurulmuş aktivlərinin sərbəstləşdirilməsi, Livan da daxil olmaqla regiondakı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, tətbiq olunan blokadaların tam şəkildə ləğvi və ölkənin neft satışına maneələrin aradan qaldırılması daxildir.
Bununla yanaşı, qeyd olunur ki, ABŞ tərəfindən İran limanlarına və sahil ərazilərinə daxil olan və ya bu ərazilərdən çıxan dəniz nəqliyyatına qarşı tətbiq edilən məhdudiyyətlərin qismən aradan qaldırılması Tehran üçün yetərli hesab edilmir. İran tərəfi bütün iqtisadi və nəqliyyat məhdudiyyətlərinin tam şəkildə ləğv olunmasını tələb edir.
Məsələ ilə bağlı rəsmi qurumların əlavə açıqlamalar verməsi gözlənilir.

