Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avropa Liqasındakı çıxışını başa çatdırıb.
Komanda turnirin Bakıda təşkil olunan üçüncü turunun son matçında Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada Azərbaycan millisi ilk setdə qalib gəlsə də, sonrakı hissələrdə üstünlüyü əldən verib. Nəticədə görüş Portuqaliya yığmasının 3:1 (21:25, 25:16, 25:12, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.
Baş məşqçi Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv bu nəticədən sonra Avropa Liqasındakı mübarizəsini dayandırıb.
Xatırladaq ki, Azərbaycan yığması bundan əvvəl Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstana isə 1:3 hesabı ilə məğlub olmuşdu.

