Estoniyanın Tallin şəhərində gənclər arasında cüdo üzrə keçirilən Avropa çempionatına komandamız uğurla start verib.
Oğlanların yarışında Nizami İmranov (60 kq) 1/8 finalda Françesko Sampinonu (İtaliya), sonrakı görüşdə serbiyalı Marko Yorgiçi, yarımfinalda isə Zaçarie Dijolu məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi Nazar Viskov olacaq.
Qızlar arasında isə təmsilçimiz Könül Əliyeva (48 kq) 1/8 finalda türkiyəli Bequmnaz Doğruyol, daha sonra rumıniyalı Laura Bogdan, yarımfinalda isə Morgane Annisi məlub edərək finala çıxıb. Həlledici mərhələdə onun rəqibi isə Türkiyə təmsilçisi Zilan Ertemdir.
Qadın yığmamızın digər üzvü Fidan Əlizadə (57 kq) ilk görüşlərdə lixteynşteynli Lei Vissa, sloveniyalı Jevgenija Gajic, Çloe Lınkdən (Böyük Britaniya) üstün olub. Yarımfinalda rumıniyalı Vanessa Toleanı da məğlub edən təmsilçimiz finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda gürcüstanlı Nino Loladze ilə mübarizə aparacaq.
Sentyabrın 7-dək davam edəcək yarışda Azərbaycanı 16 cüdoçu təmsil edir.