Osloda soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib

post-img

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfirliyi tərəfindən Norveçin paytaxtında yaşayan həmvətənlərimizə Oslo Azərbaycan Evində səyyar konsulluq xidməti göstərilib.

Müraciət edən Azərbaycan vətəndaşlarına ehtiyacları olan sənədlərin verilməsi və digər sahələrlə bağlı konsulluq xidməti səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsi Rəşad Ağazadə tərəfindən təmin edilib.

Vətəndaşların ümumvətəndaş pasportlarının yenilənməsi və onlara qayıdış şəhadətnamələrinin verilməsi təmin edilmiş, xarici vətəndaşlığın əldə olunması ilə bağlı bildirişlər və vətəndaşlığın müəyyənləşdirilməsi üçün anketlər qəbul edilmiş, həmçinin vətəndaşlığın bərpası, etibarnamələrin və digər hüquqi sənədlərin hazırlanması məsələləri barədə məlumat verilmişdir.

Habelə, vətəndaşların mövcud problemlər ilə maraqlanıb və onların konsulluq məsələləri ilə bağlı çoxsaylı suallarına cavab verilib.







Sosial həyat