ANAMA-da ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü ilə görüş keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Camal Hamadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. 

XQ xəbər verir ki, görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina problemi, habelə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.

Görüşdə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.  





Sosial həyat