İmtahanda 682.4 bal topladı

post-img

Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında növbəti yüksək nəticələrdən biri qeydə alınıb. General Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin 11C sinif şagirdi Nəcəfli Ayşən İlqar qızı III ixtisas qrupu üzrə keçirilən imtahanlarda yüksək hazırlıq nümayiş etdirərək 682.4 bal toplayıb.

Təhsil müəssisəsindən verilən məlumata görə, şagirdin əldə etdiyi bu yüksək göstərici onun uzunmüddətli və sistemli əməyinin, həmçinin məsuliyyətli hazırlıq prosesinin məntiqi nəticəsidir. Bildirilib ki, abituriyentin bu uğurunda onun fərdi potensialı ilə yanaşı, pedaqoji kollektivin peşəkar dəstəyi və məktəbdə yaradılmış sağlam yaradıcı mühit mühüm rol oynayıb.

Məktəb rəhbərliyi və müəllim heyəti N.Ayşənin qazandığı bu nailiyyəti təhsil ocağı üçün böyük qürurverici hadisə kimi qiymətləndirib, ona gələcək təhsil və tələbəlik həyatında uğurlar qazanmağı, yeni elmi zirvələri fəth etməyi arzulayıb.

XQ



Təhsil