UNESCO Kahramanmaraşı “Ədəbiyyat şəhəri” elan edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin Kahramanmaraş şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “Ədəbiyyat şəhəri” kimi qəbul edilib.

XQ xəbər verir ki, bununla bağlı İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində beynəlxalq təqdimat mərasimi keçirilib.

Toplantıda şəhərin mədəni irsi, ədəbi ənənələri və UNESCO-ya qəbul prosesi barədə məlumat verilib, Kahramanmaraşın beynəlxalq səviyyədə qazandığı yeni status ictimaiyyətə təqdim edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan proqram münasibətilə göndərdiyi mesajda UNESCO-da əldə edilən bu uğura görə ölkənin Mədəniyyət və Turizm Nazirliyini təbrik edib.

Tədbirdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, Kahramanmaraş Türkiyəni ədəbiyyat sahəsində təmsil edən ilk şəhər olaraq UNESCO şəbəkəsinə qoşulub və zəngin ədəbi ənənəsi, eləcə də mədəni irsi ilə bu ada tam layiqdir.

Ersoy UNESCO-da əldə olunan bu uğurun, eyni zamanda, şəhərin mədəni, sosial və iqtisadi inkişafına töhfə verəcək yeni bir dövrün başlanğıcı kimi qiymətləndirib.

Dünya