Misirdə dörd ölkənin XİN rəhbərlərinin birgə görüşü keçiriləcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

İyunun 21-də Misirin əl-Aləmeyn şəhəri Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək.

XQ xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlərin geniş tərkibdə keçirəcəkləri müzakirələrdən sonra birgə mətbuat konfransı təşkil olunacaq.

Rəsmi açıqlamada görüşün gündəliyi açıqlanmasa da, tərəflərin Yaxın Şərqdə cərəyan edən son hadisələr və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparacaqları ehtimal edilir.

Dünya