Naxçıvanda ekotəşviq aksiyası

post-img

Naxçıvanda fəaliyyət göstərən yerli sahibkarların ekoloji qablaşdırmaya keçidi və AZS İSO 14001-2021 “Ətraf mühiti idarəetmə sistemləri” standartlarının tədbiqinə təşviq edilməsi diqqətdə saxlanılır.

Bununla bağlı Naxçıvan Muxtar Res­publikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Naxçıvan Sahibkarlar Konfederasiyası ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP 29 tədbirlərinə uyğun olaraq sahibkarlıq subyektlərinin ekoloji qablaşdırmaya təş­viq olunması məqsədi ilə maarifləndirici tədbir keçirilib.

20-dən artıq sahibkarlıq subyektinin iş­tirak etdiyi tədbirdə iştirakçılara məlumat verilib ki, bu gün hər bir sahibkar mövcud istehsal sahələrində yaranan tullantıların təkrar emala göndərilməsi, eləcə də tul­lantısız istehsala cəlb edilməsi imkanları­nın araşdırılmasını diqqətdə saxlamalıdır. Nəzərə alınmalıdır ki, istehsalatda istifadə olunan ekoloji qablaşdırma üçün xammal təkrar emal edilə bilir və bioloji parçalana bilən olduğundan qablaşdırmalar üçün ide­al seçimdir. Qeyd olunub ki, ekoloji təmiz qablaşdırmaya ehtiyacı olan məhsulların müəyyənləşdirilməsi, biznes subyektlə­rinin bu sahədə mövcud olan beynəlxalq təcrübələrə yiyələnməsi və beynəlxalq milli standartların tətbiq olunması gələcək­də yerli məhsulların yeni bazarlara çıxış imkanlarını da artıra bilər.

Sonda sahibkarları maraqlandıran sual­lar cavablandırılıb.

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

Ekologiya