Kağızsız hökumət iqlim təhlükəsizliyinə xidmət edir

post-img

BMT təmsilçisi ölkəmizin bu yöndə uğurlarını yüksək qiymətləndirib

Rəqəmsal transformasiya prosedurları sadələşdirilməklə yanaşı, gələcəkdə dövlət xidmətlərinin daha rəvan çatdırılmasına da kömək edir. Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız hökumət: rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı konfransda bildirib.

Onun sözlərinə görə, kağızdan is­tifadə meşələrin azalmasına, istixana emissiyalarına səbəb olur. BMT rəsmisi deyib: “Bu gün Azərbaycanda kağızsız hökumətə keçməklə, təsəvvür edin, nə qədər ağac qorunacaq. Belə ki, rəqəmsal həll yolları ətraf mühitə çox ciddi şəkil­də təsir edəcək. Sənədsiz və ya kağızsız hökumət, sadəcə, ağacları xilas etməklə kifayətlənmir, burada müxtəlif resurslara qənaət edilir ki, bu da karbon emissiya­sının azalmasına gətirib çıxarır. Biz bu­nunla, sadəcə, tullantıları azaltmırıq. Eyni zamanda məsuliyyətli istehlak mədəniy­yətini formalaşdırırıq”.

COP29-a 67 gün qaldığını xatırladan Vladanka Andreyeva həmin günlər bütün dünyanın gözünün Bakıya yönələcəyini vurğulayıb. “COP29-da ən mühüm qlobal təşəbbüslər müzakirə ediləcək. Azərbay­can bu mötəbər tədbirə ev sahibliyi et­məklə heç şübhəsiz ki, iqlim təşəbbüsləri tədbirləri kontekstində öz izini qoymaq niyyətindədir” – deyə o əlavə edib.

Ekologiya