Estoniyanın Tallin şəhərində gənclər arasında cüdo üzrə keçirilən Avropa çempionatına komandamız uğurla start verib.
Oğlanların yarışında Nizami İmranov (60 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlsə də həlledici mərhələdə ukraynalı rəqibi Nazar Viskova məğlub olaraq gümüş medalla kifayətlənib.
Qızlar arasında isə təmsilçimiz Könül Əliyeva (48 kq) finala qədər bütün görüşlərini qələbə ilə başa vurub. Baş mükafat uğrunda Türkiyə təmsilçisi Zilan Ertemə də gücünü göstərən istedadlı tatami ustası çempion adına layiq görülüb.
Qadın yığmamızın digər üzvü Fidan Əlizadə (57 kq) də uğurla finala qədər irəliləyib. O, qızıl medal uğrunda gürcüstanlı Nino Loladze ilə mübarizə aparıb. İdmançımız rəqibə qalib gələrək qızıl medal qazanıb.
L.AZAD
XQ