Azərbaycan–İtaliya: dostluğa çevrilmiş tərəfdaşlıq

post-img

Ölkələrimizin qarşılıqlı-faydalı əməkdaşlığı çoxyönlüyü ilə də seçilir

Avropanın aparıcı dövlətlərindən biri sayılan İtaliya ilə Azərbaycanın münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf etməkdədir. Bu ölkə ilə qarşılıqlı faydalı münasibətlər Azərbaycanın xarici siyasət kursunda xüsusi yerə malikdir. Təkcə enerji daşıyıcıları ilə təminatda deyil, digər sahələrdə də ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri tarixin sınaqlarından çıxmış ənənələri ilə seçilir. Bu münasibətlər, ilk növbədə, qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin dövlət və milli maraqlarına hörmət prinsiplərinə söykənir. 

Son illər iki ölkənin dövlət və hökumət başçılarının intensiv xaraker daşıyan qarşı­lıqlı səfərləri münasibətlərin strateji inkişa­fına böyük təkan verir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmi­zin etibarlı tərəfdaş kimi imici formalaşıb. Azərbaycan dünyanın aparıcı dövlətləri ilə səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşı­lıqlı faydalı əməkdaşlığa üstünlük verir. Bu baxımdan bəzi dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, balanslaşdırılmış praqmatik xarici siyasət kursunu yüksək dəyərləndirir, res­publikamızla müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da genişləndirilməsinə ciddi əhəmiyyət verirlər.

Yaxın tarixə nəzər salanda görürük ki, 1997-ci ilin sentyabrında Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasın­da bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, həmin səfər zamanı Ulu öndər İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə gö­rüşlərində onların hamısı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Məhz Ulu öndərin Romaya səfəri nəticə­sində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı. Yəni, 27 il bundan əvvəl Azərbaycanla İtaliya arasında qarşılıqlı münasibətlər və əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf etməyə başlayıb və bu­günkü yüksək səviyyəyə çatıb.

* * * 

Tarixi təcrübə göstərir ki, ümumiy­yətlə, ölkələrarası münasibətlərin səmi­milik və etibarlılığında qarşılıqlı səfərlər xüsusi əhəmiyyətə malikdir. Bu mənada Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətləri­mizin dinamikasını nümayiş etdirən əsas amillərdən biridir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azər­baycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliye­vin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Məhz həmin səfərlərdən sonra ölkələrarası qarşılıqlı münasibətlər daha intensiv və geniş xarakter almağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə ara­sında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İta­liya–Azərbaycan Universitetinin yaradıl­ması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həm­çinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iş­tirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin geniş spektrli olmasının bariz nümunəsidir. 

İtaliyanın dövlət və hökumət nü­mayəndələrinin, o cümlədən nazir və na­zir müavinlərinin Azərbaycana mütəmadi səfərləri əməkdaşlığın məhz çoxvektorlu olmasından xəbər verir. Yəni ikitərəfli mü­nasibətlər, sadəcə, iqtisadi-ticari paketlərlə məhdudlaşmır, mədəniyyət sahəsində də uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abi­dəsinin açılışı olub. Bu abidə “Dahi Azər­baycan şairi və mütəfəkkiri Nizami Gən­cəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2011-ci il 23 dekabr tarixli sərən­camına əsasən ucaldılıb. Həmin sərəncama görə, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Hey­dər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. İki ölkə arasında mədəni əlaqələrdən danışarkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını xüsusi qeyd etmək lazımdır. Bu baxımdan, Vatikanda Heydər Əliyev Fondunun və şəxsən Azərbayca­nın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorun­ması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri yüksək qiymətlən­dirilir.

* * *

Yeri gəlmişkən, onu da qeyd edək ki, 2020-ci ildə İtaliyada “Azərbaycan mə­dəniyyət ili” elan edilməsi də ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviy­yəsinin daha bir göstəricisidir.

İki ölkə arasında səmimi dostluğa çev­rilmiş etibarlı tərəfdaşlığın atributlarından biri də Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzinin fəaliyyət göstərməsidir. Həmçinin təhsil sahəsində əldə olunmuş ən böyük nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya–Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür.

Bu faktı xüsusi qeyd etməyə dəyər ki, İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də isə Bakıda ADA Universitetinin kampusunda İtaliya–Azər­baycan Universitetinin təməlqoyma məra­simi keçirilib. Bu universitetin ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcəyinə əminik.

Birmənalı olaraq deyə bilərik ki, qədim tarixə malik olan Azərbaycan–İtaliya mə­dəni əlaqələri müstəqillik illərində daha da inkişaf edib. Bu əlaqələrin möhkəmləndi­rilməsində Prezident İlham Əliyevin və Bi­rinci vitse-prezident, Heydər Əliyev Fon­dunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Əlbəttə, Azərbay­can–İtaliya mədəni əlaqələri sadaladığımız işlərlə yekunlaşmır. Bu əlaqələr xalqları­mızın, dövlətlərimizin bir-birinə yaxınlaş­masında da əhəmiyyətli rol oynayır.

Azərbaycan–İtaliya münasibətləri ha­zırda özünün yeni inkişaf mərhələsini ya­şayır. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin strateji tərəfdaşlığa əsas­lanan ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açacağına əminik. Ar­tıq strateji tərəfdaşlara çevrilmiş Azərbay­can ilə İtaliya arasındakı çoxsahəli qarşı­lıqlı münasibətlər bundan sonra da uğurla davam edəcək və hər iki xalqın və dövlətin tərəqqisinə yeni-yeni töhfələr verəcək.

XQ

Siyasət