İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ICESCO bu il “İslam dünyasında mədəniyyət paytaxtları” proqramının bir hissəsi olan 3 şəhəri - Azərbaycan Respublikasında Şuşa, Mərakeş Krallığında Marrakeş və Liviya Dövlətində Benqazini əhatə edən “Poeziya şəhərləri” illik mükafatı üçün müsabiqənin başlandığını elan edib.
Müsabiqə bir çox şairləri ölməz poeziya toplusu yaratmağa ruhlandıran qədim şeir ənənələri ilə müasir poeziya arasında əlaqəni canlandırmaq və gücləndirmək məqsədi daşıyır. O, həmçinin şəhərlərin tarixini və coğrafiyasını poetik və estetik cəhətdən sənədləşdirmək, şeir vasitəsilə İslam dünyasının mədəniyyət paytaxtlarını tərənnüm edən simvolları və sivilizasiyaları daha geniş məkanda tanıtdırmaq, İslam dünyasındakı poetik korpusu zənginləşdirmək və ədəbiyyata töhfə vermək məqsədi daşıyır.
Müsabiqədə iştirak edən şeirlər İslam dünyasında mədəniyyət paytaxtı kimi qeyd olunan hər bir şəhərdən üç qalibi seçmək üçün ICESCO-nun ixtisaslaşmış komitəsi və görkəmli şairlər tərəfindən qiymətləndiriləcək.
XQ