“Ağıllı pəncərələr” yağış damcılarını enerjiyə çevirir

post-img

Seul Universitetinin (Cənubi Koreya) bir qrup tədqiqatçısı yağış damcılarının kinetik enerjisini elektrikə çevirən “ağıllı pəncərə” hazırlayıb. Tədqiqata rəhbərlik edən professor Seung Hwan Ko bu texnologiyanın enerji səmərəliliyi və ətraf mühitin qorunması baxımından böyük potensiala malik olduğunu bildirib.

“Ağıllı pəncərə”lər “zero ener­gy” və “plus energy” olmaqla, iki əsas prinsipə əsaslanıb. “Zero ener­gy” pəncərəyə enerji sərf etmədən bəzi funksiyaları yerinə yetirməyə imkan verdiyi halda, “plus energy” pəncərəyə elektrik enerjisi istehsal etməyə şərait yaradır.

Laboratoriya sınaqları nəti­cəsində həmçinin məlum olub ki, ağıllı pəncərə standart pəncərələrlə müqayisədə daxili temperaturu 7 dərəcəyə qədər azalda bilir. Yağış zamanı onların hər kvadratmetri­nin 8.3 vatt enerji istehsal etmək imkanı var. 

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya