“İstisu” yarımstansiyası qəsəbənin bərpasına xidmət edəcək

post-img

“İstisu” yarımstansiyası əhəmiyyətli dövlət obyektlərini və eyni adlı sanatoriyanı elektrik enerjisi ilə təmin edəcək. Bunu jurnalistlərə açıqlamasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Qarabağ regionunun istismar üzrə rəis müavini Rəşad İbrahimov deyib.

Onun sözlərinə görə, Kəlbəcər rayo­nunda olan 110/35 kilovoltluq “İstisu” yarımstansiyası dövlət əhəmiyyətli ob­yektlərin və yaxınlıqdakı yenidən qurulan “İstisu” sanatoriyasını elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq. Bu qurğu Laçın rayonundakı 110 kilovolt­luq yarımstansiya ilə dövrəli xətlərin bir­ləşməsində üstünlük təşkil edəcək.

Qeyd edək ki, “İstisu” yarımstansiyası bölgənin ən yüksək ərazisində yerləşir və buraya 22 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq xətt çəkilib.

İqtisadiyyat