Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çinin Liaonin əyalətinin Huludao şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən güclü partlayış nəticəsində 3 nəfər həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Partlayışdan sonra binada yanğın baş verib və alovun söndürülməsi üçün hadisə yerinə 100-ə yaxın yanğınsöndürən cəlb edilib.
Aparılan axtarış-xilasetmə işləri zamanı 3 nəfərin meyiti aşkarlanıb. Yaralılar isə tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıblar. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

