Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts telefon danışığı aparıb.
XQ Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər Türkiyə-Almaniya münasibətləri ilə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər.
Ərdoğan Türkiyə və Almaniyanın ikitərəfli münasibətlərini inkişaf etdirməyi hədəflədiyini bildirib və bu istiqamətdə qarşılıqlı addımların atılmasının vacibliyini vurğulayıb.

