Cəlilabad çiyələyi ərəb ölkələrinə də göndərilir

post-img

Bu il Cəlilabad rayonunun fermerləri sahələrdə bol məhsul yetişdirməyə nail olublar. Belə ki, rayon ərazisində 606 hektar sahədə çiyələk əkilib ki, bu da fermerlərin ümidlərini doğruldub. 

Mövsümün əvvəlindən etibarən sahələrdən 15 min 850 tondan çox məhsul yığılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Bu il rayonda hektarın orta məhsuldarlığı 26,16 ton təş­kil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 25,41 ton olub. Hazırda təsərrü­fatlarda çiyələk yığımı davam edir

Yeri gəlmişkən, bu il Cəlilabad çiyələ­yinin ilk dəfə ərəb ölkələrinə də ixracına başlanılıb. Ümumilikdə isə, yığılan məh­sulun 11 min 945,5 tonu Rusiya, Belarus və ərəb ölkələrinə ixrac olunub.

İqtisadiyyat