Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev Millətlər Liqası çərçivəsində yığmanın İsveçə qarşı oyunundan öncə mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, veteran müdafiəçiyə ölkə futboluna göstərdiyi xidmətlərə görə AFFA tərəfindən xüsusi plaket hədiyyə olunub. M.Medvedevə mükafatı AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.
Qeyd edək ki, Maksim Medvedev Azərbaycan millisinin heyətində 81 oyunda 4 qolla yadda qalıb.