Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik edib

post-img

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraüzgüçüsü Vəli İsrafilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

XQ paylaşımı təqdim edir:

“Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Xatırladaq ki, Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında qüvvəsini sınayıb. O, 1:05:35 dəqiqə nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Rəsmi xronika