“Qarabağ”ın U-16 komandası İtaliyada keçiriləcək turnirdə iştirak edəcək

post-img

“Qarabağ”ın 16 yaşadək futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Klubdan verilən məlumata görə, Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” yarışında 24 komanda mübarizə aparacaq. İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina” (hamısı İtaliya), “Dinamo” (Zaqreb) kimi komandalar da var.

C qrupunda yer alan Ağdam təmsilçisi sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.

Qrup qalibləri və ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək. Digər iştirakçılar isə aşağı pillələr uğrunda mübarizəni davam etdirəcək.

Turnirə sentyabrın 8-də yekun vurulacaq.

İdman