APA Qrup - "Xalq qəzeti"-3:2

post-img

Bu gün "Səs" Media Qrupunun təşəbbüsü ilə jurnalistlər arasında mini-futbol üzrə Heydər Əliyev 100 və Milli Qurtuluş Gününün 30 illiyi münasibətilə keçirilən "Xatirə Kuboku" çərçivəsində qrup mərhələsinin daha bir oyunu keçirilib. 

"Xatirə Kuboku"nun növbəti matçı "Xalq qəzeti" komandası ilə  APA  Qrup komandası qarşılaşıb. Matçın ilk hissəsi APA Qrupun üstünlüyü şəraitində keçib. İlk hissədə APA Qrup "Xalq qəzeti" komandasının qapısında 3 top keçirib. Matçın birinci hissəsi bu hesabla yekunlaşıb.

İkinci hissədə isə matç daha fərqli məcrada keçib. Belə ki, ruhdan düşməyən "Xalq qəzeti" komandası 2 dəfə  rəqibin qapı torunu silkələməyi bacarıb. Rövşən Atakişiyevin kəskin və qüvvətli zərbələri qarşısında APA Qrupun qapıçısı aciz qalıb. Beləliklə matç APA Qrupun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda qrupada APA Qrupun 6, "Teleqraf"ın 3, "Xalq qəzeti" komandasının 1, "Səs" Medi Qrupun 1 xalı var.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman