Milli Məclisdə görüş

post-img

Aprelin 25-də Milli Məclisin Sədri Sahibə Qafarova parlamentdə keçiriləcək Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları ilə görüşüb. 

S.Qafarova belə bir tədbirin keçi­rilməsi təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən irəli sürüldüyünü və bu gün Türk Dövlətləri Parlament Assamb­leyasının üzvü olan parlamentlərin təm­silçilərinin Bakıda olduğunu diqqətə çat­dırıb. Eyni zamanda, həm Türk Dövlətləri Təşkilatında, həm də TürkPA-da müşahi­dəçi statusuna malik olan Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin nümayən­dələrinin tədbirə qatıldıqlarını bildirib. 

Sədr bu il fevralın 7-də Azərbaycan­da keçirilən növbədənkənar prezident seçkilərindən danışarkən deyib ki, bu seçkilər ilk dəfə Azərbaycanın bütün su­veren ərazilərində təşkil olundu. Yenidən Prezident seçilmiş cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə məra­simindəki çıxışında Türk dünyasını bizim ailəmiz adlandırdı. 

Spiker deyib ki, bu gün həm regio­numuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcud olan çağırış­lar qardaş ölkə parlamentlərimizin xarici əlaqələr komitələrinin birgə işinin güclən­dirilməsini labüd edir. Bu iclasın keçiril­məsi zərurəti də buradan irəli gəlir. 

Görüşdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitə­sinin sədri Fuat Oktay qonaqpərvərliyə görə təşəkkür edərək, Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Ko­mitələri sədrlərinin birinci iclasının əhə­miyyətindən danışıb. Qonaq Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş bu təşəbbüsün parlamentlərin xarici əlaqələr komitələri arasındakı əlaqələrin institusi­onal inkişafı, beynəlxalq təşkilatlar çərçi­vəsində əlaqələndirmə, qarşılıqlı dəstək baxımından mühüm əhəmiyyət kəsb et­diyini bildirib. O, bu çərçivədə əməkdaş­lığa verilən dəstəyə görə Milli Məclisin Sədrinə və iştirakçı dövlətlərin parlament sədrlərinə minnətdarlığını ifadə edib. F.Oktay türk dövlətlərinin birlikdə olması­nın vacibliyindən danışaraq, qeyd edib ki, güc birlikdədir. 

Görüşdə regionda baş verən proses­lərə və Azərbaycan-Ermənistan münasi­bətlərinə dair də fikir mübadiləsi aparılıb. İclas iştirakçılarının Şuşa və Xankəndiyə də səfərləri nəzərdə tutulub.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər