Zelenski ABŞ-dan NATO-ya üzv olmamışdan əvvəl təhlükəsizlik zəmanəti istəyib

post-img

Ukrayna prezidenti Vladimir Zelenski Xirosimada keçirilən G-7 sammiti çərçivəsində amerikalı həmkarı Co Baydendən Ukraynanın NATO-ya daxil olmasından əvvəl ona təhlükəsizlik zəmanəti verməsini istəyib. Bu barədə TASS Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Vladimir Zelenski Ukraynanın Avro-Atlantik inteqrasiyası və NATO-nun Vilnüs sammitinə hazırlıq məsələsi üzərində dayanıb. Dövlət başçısı ölkəmizin alyansa daxil olmasından əvvəl Ukrayna üçün təhlükəsizlik təminatının alınmasının vacibliyini qeyd edib”, - deyə mətbuat xidmətinin bəyanatında deyilir.

Zelenski Baydenə yeni hərbi yardım paketinə görə də təşəkkür etdi.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Ukraynanın tezliklə NATO-ya üzv olacağını gözləmədiyini bildirmişdi. Hazırda Rusiyaya qarşı mübarizədə Ukraynaya hərbi dəstək ön plandadır. Onun sözlərinə görə, Ukraynanın NATO-ya qəbulu yaxın gələcəkdə baş verməyəcək.

S.ELAY,

"Xalq qəzeti"

Dünya