Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İran Silahlı Qüvvələrinin müharibə dövründəki hərəkətlərini əlaqələndirən Xatəm əl-Ənbiya qərargahı, ABŞ-ın boğaz ətrafındakı ərazilərə zərbələr endirməsindən sonra Hörmüz boğazının bağlandığını elan edib.
Məlumatı “Anadolu” verib.
Xatəm əl-Ənbiya qərargahı Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlama yayıb. Sənəddə deyilir: “Bölgədə hazırkı ana qədər təhlükəsizliyin olmaması səbəbindən Hörmüz boğazı neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla, bütün gəmilər üçün bağlıdır. Tranzit üçün edilən hər hansı cəhdin qarşısı alınacaq”.
Xəbərdarlıqdan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazından qanunsuz keçməyə çalışan iki gəmini vurduğunu bildirib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Prezidenti Donald Trampın əmrindən sonra İrandakı bir neçə hədəfə hücumların başladığını elan etmişdi. Bununla da İranın cənubundakı ərazilərə zərbələr endirilmişdi.
P.ƏMİRCANOV
XQ

