Peskov: Rusiya Ukraynaya təzyiqləri davam etdirəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqı diplomatı Kaya Kallasın Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyəti ilə bağlı açıqlamasını şərh edərkən bildirib ki, Rusiya məqsədlərinə çatmaq üçün Kiyev administrasiyasına təzyiqi artırmağa davam edəcək.

Məlumatı “Anadolu” verib. 

Peskov bildirib: “Rusiya məqsədlərinə çatmaq üçün Kiyev rejiminə təzyiqi artırmağa davam edəcək.

O qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu səhər telefonla Rusiya Prezidenti Vladimir Putinə “Rusiya Silahlı Qüvvələrinin Kiyevə və digər yaşayış məntəqələrinə kütləvi cavab zərbəsinin nəticələri barədə” məlumat verib.

Kremlin sözçüsü vurğulayıb: “Bu səhər Baş Qərargah rəisi Gerasimov Ali Baş Komandana gündəlik hesabatı zamanı Rusiya Silahlı Qüvvələrinin Kiyevə və digər yaşayış məntəqələrinə qarşı kütləvi cavab zərbəsinin nəticələri barədə də məlumat verib. Bu zərbələr, əlbəttə ki, yalnız hərbi və ya hərbi hədəflərə qarşı endirilib”.

Eyni zamanda, Peskov qeyd edib ki, Avropa İttifaqının Rusiyaya qarşı eskalasiyası “Avropa qitəsində onsuz da qızışmış gərginliyi daha da artırır”.

P.ƏMİRCANOV
XQ

Dünya