Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər

post-img

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.

Rəsmi xronika