Bakıda keçirilən çövkən üzrə dünya çempionatında Özbəkistan–Qazaxıstan oyunu 0:0 hesablı bərabərliklə yekunlaşıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Özbəkistan və Qazaxıstan milli komandaları qarşılaşıb.

Bu barədə XQ-yə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Yüksək rəqabət və qarşılıqlı mübarizə şəraitində keçən görüşdə hər iki komanda etibarlı oyun nümayiş etdirib.

Tərəflərin səylərinə baxmayaraq, qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, komandalar hərəyə 1 xal qazanıblar.

İdman