Hacıqabulda açıq ərazidə yanğın olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN Mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.
 

Hadisə