Lerikdə qanunsuz becərilən 5 tondan çox xaş-xaş kolu məhv edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

XQ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ümumi çəkisi 5200 kiloqram olan 18700 ədəd xaş-xaş kolu məhv edilib.
 

Hadisə