Rutte: Ukrayna Rusiya ilə danışıqlara qədər güclü olmalıdır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar başlamazdan əvvəl alyansın Kiyevi dəstəkləməsi və Ukrayna tərəfinin mümkün qədər güclü olmasını təmin etməsi lazımdır.

Məlumatı “Kommersant” verib. 

“Bizim edə biləcəyimiz şey bu mübarizədə Ukraynanı dəstəkləmək və bir gün bu danışıqlar başlayanda onun mümkün qədər güclü olmasını təmin etməkdir. Putin gəlmək istəyib-istəmədiyinə qərar verməlidir”, - deyə Rutte “Financial Times” qəzetinə bildirib.

NATO-nun baş katibi qeyd edib ki, Ukrayna Rusiya ilə münaqişədə uğur göstərməyə başlayıb və bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi ilə görüş zamanı etiraf edib.

23 iyun tarixində Rusiya Prezidenti Vladimir Putin tərəflərin 2022-ci ildə əldə etdiyi İstanbul razılaşmalarına əsasən Ukrayna ilə dialoqa hazır olduğunu bəyan etdi. Bu razılaşmalara atəşkəs üçün ilkin şərtlər və prinsiplər, o cümlədən Ukraynanın neytral statusu və təhlükəsizliyinə zəmanətlər daxil idi.

P.ƏMİRCANOV
XQ

Dünya