“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşları qəbul edəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaşlarla görüşü iyunun 12-də saat 11:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Cəbrayıl şəhərində yerləşən inzibati binasında keçiriləcək.

“Azəriqaz”ın mətbuat xidmətindən XQ-yə bildirilib ki, görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər”,- deyə məlumatda qeyd edilib.

Sosial həyat