Bakıda silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Paytaxtda müxtəlif ünvanlardan oğurluq edilməsi barədə polisə daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Maksim Mahmudov saxlanılıb.

XQ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Araşdırmalarla onun Bakı şəhəri ərazisində müxtəlif ünvanlardan ayrı-ayrı şəxslərə məxsus çantaları, bank kartlarını və müxtəlif məbləğlərdə pul vəsaitlərini taladığı müəyyən edilib.

Araşdırma aparılır.

Hadisə