Müsabiqəyə çıxarılan aktiv üzrə borcun tələb hüququ barədə məlumat
1.“United Textiles” FZE-nin borcu üzrə tələb hüququ.
Tələb hüququnun ilkin satış dəyəri 19.643.000,00 (on doqquz milyon altı yüz qırx üç min) ABŞ dolları.
Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 2 iyul 2026-cı il saat 10.00-dan 19 avqust saat 16.00-dəkdir.
Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 25 avqust 2026-cı il saat 11.00-dır.
Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AZ-1022, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135.
Əmlaka, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 2026-cı il iyulun 2-dən avqustun 19-dək, həftənin 3-cü və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.
Əlaqələndirici şəxs: Şahin Seyidov 050-235-99-90.
Əhəd Vəhədzadə 050-374-27-27.
İddiaçılar qarşısında irəli sürülən şərtlər:
1. İddiaçı tərəfindən aktivin elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən aktivi almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə aktiv üçün təklif olunan məbləğ aydın şəkildə rəqəm və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.
3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı müsabiqə komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.
4. Müsabiqə günü iddiaçı və ya onun nümayəndəsi etibarnamə ilə müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə ilə nümayəndəsinin iştirakı ilə açılır.
5. Müsabiqə zamanı aktivin start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar aktiv üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edirlər. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.
6. Müsabiqənin qalibi aktivin dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1. İddiaçının ərizəsi (ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək).
2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.
3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə).
4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.
5. Etibarnamə (nümayəndə iştirak etdikdə).
Qeyd-iddiaçı hüquqi şəxs olduqda – (dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti);
Beh ödənilməsi üçün bank revizitləri
Kodu – 501587
VÖEN – 1300025711
SWIFT BIC–ACJTAZ22
Ünvan – AZ 1006, Bakı şəhəri, Qədirli küçəsi 125.
M/h-Mərkəzi Bankda: AZ45NABZ 01350 1000 000 000 35944
H/h- AZ67ACJT45019192794010094401

