Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

post-img

Ölkəmizin sənaye parkları üzrə tətbiq olunan güzəşt mexanizmləri bu sahədə sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradır. Sənaye parklarının rezidentləri həmin güzəştlər hesabına 2025-ci ildə 42,3 milyon manat, ümumilikdə isə 567 milyon manat vəsaitə qənaət ediblər.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilir ki, sənaye parklarında tətbiq olunan güzəşt mexanizmləri investorlar üçün əlverişli biznes mühiti formalaşdırmaqla yanaşı, istehsalın genişlənməsinə və qeyri-neft sənayesinin inkişafına töhfə verir. Rezidentlər 10 il müddətinə vergi güzəştləri çərçivəsində əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar.

Bununla yanaşı, sənaye parklarına gömrük və ƏDV güzəştləri də rezidentlər üçün olduqca faydalıdır. Bu güzəştlər sayəsində isə istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV və gömrük rüsumlarından azad edilir.

Göründüyü kimi, güzəşt mexanizmləri sahibkarların xərclərinin azalmasına, investisiya cəlbediciliyinin artmasına və ölkədə rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına əlverişli şərait yaradır.

XQ

İqtisadiyyat