“Azərreyl”in qadın komandası da qalibdir

post-img

Qadınlardan ibarət “Azərreyl” voleybol komandası da Azərbaycan çempionatının qalibi olub. 

Final qarşılaşmasında “Azərreyl” və “Abşeron” ko­mandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan oyun “dəmiryolçular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Azərreyl” 2023–2024-cü illər mövsü­mündə birinci yeri tutub. 

Qeyd edək ki, bundan əvvəl “Azərreyl”in kişilər­dən ibarət komandası finalda “Murov Az Terminal”a (3:2) qalib gələrək qızıl medal qazanmışdı. 

Qadınların Yüksək Liqasında bürünc medalı “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Ter­minal” əldə edib.

L.SABİRQIZI
XQ

 

İdman