ABŞ İran nümayəndə heyətinin bir hissəsinə viza verməyib

post-img

ABŞ 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək İran milli komandasının ölkəyə girişinə icazə versə də, nümayəndə heyətinin 15 üzvünə viza verməkdən imtina edib.

İran tərəfinin açıqlamasına görə, viza ala bilməyən şəxslər nümayəndə heyətinin əsas üzvləri hesab olunur. Rəsmi Tehran bu qərarın komandanın turnirə hazırlığına və fəaliyyətinə mənfi təsir göstərə biləcəyini bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İran nümayəndə heyətində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslərin iştirakına icazə verməyəcəyini bəyan etmişdi.

Məsələ ətrafında ABŞ və İran rəsmilərinin əlavə açıqlamalar verməsi gözlənilir. Dünya çempionatının ev sahibi ölkələrindən biri olan ABŞ-ın bu qərarı idmanla siyasətin kəsişməsi baxımından da diqqət çəkir.

XQ

Son xəbərlər